Azərbaycan Texnologiya Universitetində (UTECA) texniki və qulluqçu heyətə bayram sovqatı paylanıb. Ramazan bayramı münasibətilə Azad Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi aksiyada universitetin rəhbərliyi də iştirak edib. Əməkdaşları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edən UTECA-nın rektoru, professor Akif Süleymanov qeyd edib ki, onların qayğısına qalmaq ilin bütün dövlərində rəhbərliyin diqqət mərkəzindədir. Bu cür əlamətdar günlərdə isə kollektivin zəhmətkeşlərini yada salmaq xüsusilə vacibdir. Çünki, insanlar arasında birlik, bərabərlik və xeyirxahlığı, dini dəyərlərə bağlılığı təcəssüm etdirən bu mübarək ayda hər kəs vicdani borcunu daha dolğun ödəmək fürsəti qazanır, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayır. İnsanlar bu əziz bayram günlərində bir daha bütün xeyirxah dua və diləklərdə həmrəy olmaq fürsəti əldə edirlər.Sonra müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar 130-dan çox əməkdaşatəqdim edilib. Əməkdaşlar əziz bir gündə onları yaddan çıxarmayan universitet rəhbərliyivə AHİK-ə minnətdarlıq ediblər. 649 dəfə oxunub