UTECA-da universitet Elmi Şurasının 8-ci iclası keçirilib. İclası açıq elan edən Elmi Şuranın sərdi, UTECA-nın rektoru, professor Akif Süleymanov üzvləri və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Buraxılış işləri, magistr dissertasiyalarının yerinə yetirilməsinin və dövlət imtahanlarının vəziyyəti barədə Tədris şöbəsinin müdiri Piri Axundov, İqtisadiyyat və idarəetmə fakültəsinin geniş hesabatı ilə dekan Nüşabə Hacıyeva çıxış ediblər. Toplantıda Elmi Şuraya təqdim edilən 17 tədris vəsaiti, 2 dissertantın mövzu və rəhbərləri təsdiq olunub, doktorantlardan birinin ixtisas şifrinin dəyişdirilməsinə (mövzuya uyğun gəlmədiyi üçün) qərar verilib,  16 universitetdə Unibook sisteminin tətbiqilə məşğul olan “Neuron Technologies” şirkətinin UTECA-ya ünvanladığı təşəkkür məktubu səsləndirilib. İclas zamanı Marketinq kafedrasının əməkdaşı Xasay Mehdiyev 70 illik yubileyi münasibətilə təltif edilib, Ulu Öndər Heydər Əliyevin 96 illik yubileyinə həsr edilmiş “Qida və yüngül sənayenin aktual problemləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın fəal iştirakçılarına mükafat və sertifikatlar verilib.