Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi görüşdə UTECA-nın əməkdaşı iştirak edib. 28 yanvar tarixində Dövlət Məşğulluq Agentliyi ilə Ali təhsil müəssisələrinin Karyera Mərkəzlərinin rəhbərləri arasında onlayn görüş keçirilib. Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, sədr müavini Cəmaləddin Quliyev və sədr köməkçisi Kamil Bayramlı, eyni zamanda, Agentliyin Peşə hazırlığı və peşəyönümü departamentinin müdiri Fuad Mehdizadə ilə İnsan resursları departamentinin müdiri Emil Hüseynov, Peşəyönümü şöbəsinin müdiri Toğrul Ələkbərov, eləcə də 25 Ali təhsil müəssisəsinin Karyera Mərkəzlərinin rəhbər və əməkdaşları iştirak ediblər. Görüşdə iştirak edən universitetlərin Karyera Mərkəzlərinin nümayəndələri də öz növbəsində təmsil etdikləri təhsil müəssislələrində Karyera Mərkəzlərinin və Karyera Şurasının faəliyyətində diqqət ayrılmasını istədikləri mövzular barədə məlumat veriblər. Sonda gələcəkdə bu tip müzakirələrin keçirilməsinin vacibliyi vurğulanıb və növbəti görüşlərdə yaradılması planlaşdırılan Şuranın fəaliyyətinin daha detallı müzakirə edilməsi qərara alınıb.