UTECA-nın Avtomatika, Telekommunikasiya və İnformatika fakültəsinin 2013-cü il məzunu, baş leytenant Rahim Mikayılov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Rahim 1990-cı ildə Quba rayonunun 2-ci Nügədi kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Zabit kimi Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın əvvəlindən onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb. İtkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib. Şəhidimiz dünən, anadan olduğu kənddə torpağa tapşırılıb. Allah rəhmət eləsin.