“MBA proqramı üzrə magistr təhsili alanlar doktoranturaya qəbul ola bilərmi?” Səhifəmizə tez-tez verilən suallardan: “MBA proqramı üzrə magistr təhsili alanlar doktoranturaya qəbul ola bilərmi?” Universitetimizin Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev cavablandırır: "MBA proqramı üzrə təhsil alan magistrlar doktoranturada təhsillərini davam etdirmək istədikdə, onlar tədris müddətində təhsil almaqla yanaşı magistrlik dissertasiyası işləməli və müdafiə etməlidirlər. Belə magistrlar doktoranturada təhsillərinə ancaq iqtisadiyyat üzrə ixtisaslarda davam edə bilərlər. Hazırda universitetimizdə MBA proqramında 6 ixtisaslaşma üzrə tədris aparılır. Bunlar sahələr üzrə ingilis dilində, Azərbaycan dillərində isə maliyyə, marketinq sahələri üzrə, mühəndislik və idarəetmənin riskləri üzrə, mühasibat uçotu üzrə, turizm və otelçiliyin idarə edilməsi ixtisaslaşmalarıdır. UTECA-da MBA proqramı artıq üçüncü ildir tədris olunur. Ötən il ilk MBA məzunlarımız olub - 6 nəfər. Hazırda universitetimizdə MBA proqramında II kurslar üzrə 27 magistr, I kurslar üzrə isə 60 magistr təhsil alır. Biznesin idarə edilməsi ixtisası üzrə təhsil Avropa Kredit Transfer Sisteminə uyğun olaraq 4 semestr tədris olunur. Təhsilini tamamlamış magistr öz ixtisası üzrə magistr elmi ixtisas dərəcəsi və diplomu ilə təltif olunur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir".