Azərbaycan Texnologiya Universitetinin kollektivi Gəncədə Şəhidlər Xiyabanını ziyarət edib. Karantin qaydalarına uyğun olaraq sıxlıq yaranmaması üçün əməkdaşlar anım tədbirinə koordinasiyalı şəkildə, mərhələ ilə qatılıblar. UTECA kollektivi 20 Yanvar abidəsi önünə gül dəstələri düzüb, faciə qurbanlarını ehtiramla yad edib, Şəhidlərin ruhuna dualar oxuyublar.