Tələbəmiz Orxan - Cəbrayıl, Qubadlı və Laçının azad olunmasına görə medalları ilə təltif edilib Orxan Hüseynov UTECA-nın biznesin idarə edilməsi ixtisasının MBA proqramı üzrə magistr tələbəsi olan Orxan, döyüşlərə könüllü olaraq qatılıb. Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə baş istehkamçı kimi iştirak edib. General-mayor Mais Bərxudarovun dəstəsi ilə çiyin-çiyinə döyüşlərdə olan tələbəmiz, Laçın dəhlizinə edilən həmlə zamanı hücumdan öncə onlarla piyada əleyhinə mina zərərsizləşdirərək yüksək rütbəli zabitlərimizin, eləcə də əsgərlərimizin təhlükəsiz irəliləməsində pay sahibi olub. "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Qürur duyuruq!