UTECA tələbəmiz Gülçin Ağayevanın təhsil ödənişinə dəstək verdi. 17 oktyabr 2020-ci il tarixində Gəncəyə atılan raket nəticəsində Gülçin və 4 ailə üzvü dağıntılar altından çıxarılsa da, babası həmin hadisədə həyatını itirmişdi. Universitetin rektoru, professor Akif Süleymanov Gülçinin 1 illik təhsil haqqının universitetin daxili imkanları hesabına ödənilməsini təmin edib. Qeyd edək ki, Gülçin Ağayeva UTECA -nın dizayn ixtisasının II kurs tələbəsidir.