Ömərli Kənan 2020-ci ilin yanvarında hərbi xidmətini başa vuran Kənan bu il subbakalavr kimi universitetimizə qəbul olur - Nəqliyyat mühəndisliyi ixtisası, əyani. Lakin... Lakin Vətən sevgisini illərdir arzusunda olduğu ali təhsilindən üstün tutur... Qəbul nəticələri elan olunduqdan dərhal sonra könüllü cəbhəyə yollanır və qeydiyyata vaxtı qalmır. Döyüşlərdə şücaət göstərən Kənan 6 oktyabrda şəhidlik zirvəsinə ucalır. Valideynləri universitetimizə Kənanı unutmayın deyir. Kənanın Texnologiya Universitetini tanımağa fürsəti olmadı, ancaq öncəliyi - ali təhsil arzusuna çatmışkən öncə Vətən deməsi bizə onu tanıtdırdı. Fəxr edirik! Unutmayacayıq, unutdurmayacayıq!