Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrası və Kitab oxuyaq Tələbə - müəllim Birliyinin təşkilatçılığı ilə “Vətən uğrunda” adlı vebinar keçirilib. Görüşdə 2–ci Qarabağ müharibəsi iştirakçıları və qaziləri iştirak edib. İştirakçılar Əvvəlcə Vətən müharibəsində canından keçənlərin əziz xatirələrini yad edib. Qazilərə şəfa, Şəhidlərimizə Allahdan rəhmət dilənib . Qazilər Sərxan Abbasov, Elçin Əliyev, Xəyal Abulov, Elnur Ələkbərov, könüllü əsgər Nəcməddin Əhmədov və I Qarabağ müharibəsi iştirakçısı Məhəmməd Cəfərov keçdikləri şərəfli döyüş yolu, müharibə xatirələrini professor, müəllim və tələbələrimizlə bölüşüblər. Tədbirdə vətən müharibəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib. 2 saat davam edən vebinarda yüzlərlə izləmə qeydə alınıb.