O, universitetimizin kommersiya ixtisasının 2-ci kurs tələbəsidir. 2016-cı ildə Aprel döyüşlərində də topçu kimi iştirak edən Rahim 2-ci Qarabağ müharibəsinə könüllü qatılıb. Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsində iştirak edib.Rahim deyir ki, döyüş zamanı ən çox ruhlandıran məqamlardan biri Xocavəndi işğaldan azad edən zaman ələ keçirilən düşmən qənimətlərilə düşmənin özünü top atəşinə tutması olub. Qürur duyuruq!