O, universitetimizin menecment ixtisası üzrə qiyabi, II kurs tələbəsidir. Vətən müharibəsi başlayan gündən ön cəbhədə olub. Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə xüsusi texnika ilə ən qaynar nöqtələrə təminatı təşkil edən əsgərlərimizdəndir. Hüseynalının xatirələrindən: “...Yol yox idi, yeni yol açmaq lazım idi. Yağışlı havada ağaclığın içi ilə gedirdik. Palçıqda çətinliklə irəliləyirdik. Texnika (MT-LB) növbəti dəfə sürüşdü və qarşısını almaq mümkün olmadı, aşdı. Xoşbəxtlikdən ağac saxladı və dərəyə yuvarlanmadıq. Çox çətinliklə vəziyyətdən çıxdıq və Şuşa üçün təminatı vaxtında çatırdıq”. Hazırda Qubadlıda xidmətə davam edən Hüseynalı qələbə xəbərini aldığmız gün – 10 noyabrda ata olub. Təbrik edirik!