Azərbaycan Texnologiya Universitetinin (ATU) Nəqliyyat mühəndisliyi ixtisasının IIl kurs tələbəsi Həsən Hüseynov universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

Həsən Hüseynov 2024–2026-cı illərdə ATU Tələbə Gənclər Təşkilatının sədri kimi fəaliyyət göstərib. Bu müddətdə tələbə təşəbbüslərinin dəstəklənməsi, müxtəlif layihə və tədbirlərin təşkili, tələbə gənclərin universitetin ictimai həyatında fəallığının artırılması istiqamətində çalışıb.

Bundan sonra isə o, tələbələrin sosial rifahının yaxşılaşdırılması, hüquq və mənafelərinin müdafiəsi, tələbə həmrəyliyinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.