Azərbaycan Texnologiya Universitetində (ATU) universitet-sənaye əməkdaşlığı çərçivəsində daha bir auditoriyanın açılışı olub.

“Carlsberg Azerbaijan” şirkətinin dəstəyi ilə yenilənmiş mühazirə otağının açılışında ATU-nun rektoru Yaşar Ömərov və şirkətin baş direktoru Krasimir Lazarov iştirak ediblər. Açılış lentini kəsən rəsmilər ixtisaslaşmış auditoriyada qurulan şəraitlə tanış olublar.

74 tələbə yerlik auditoriyada yenilənmə işləri aparılıb, məkan elektron ləvazimatlat, məlumatlandırıcı stendlər və digər zəruri tədris avadanlıqları ilə təchiz edilib.

Açılış çərçivəsində ATU-da səfərdə olan “Carlsberg Azerbaijan” nümayəndə heyəti universitetin maddi-texniki bazası, laboratoriyaları və yaşıl enerji kampusu ilə tanış olub.