Talış kəndinin, Suqovuşanın işğaldan azad ounmasında iştirak edib. Fizuli ən çətin anında belə Vətəni və yoldaşlarını düşünüb. Fizulinin xatirələrindən: “Döyüşlər başlayan gündən irəlilədik. Talış kəndini, Suqovuşanı azad etdik. Oktyabrın 14-ü idi, 530 yüksəkliyində şiddətli döyüş gedirdi. Təxminən saat 12 olardı yaxınlığımıza 120 mm minaatan mərmisi düşdü. Sol döş qəfəsimdən ağır yaralandım. Usaqlar qoluma girdi o vəziyyətdə 5 kilometr dağdan duşdüm, sudan keçdim. Həmin vaxt halsız vəziyyətdə olsam da var gücümlə özümü toplamağa çalışırdım ki, döyüş yoldaşlarıma məni daşımaqda çətinlik yaratmayım. Bilirdim ki, onlar da halsızdı, günlərlə döyüşdəydik, vaxt yox idi, son iki gündə yuxusuz, ac susuz idik. İstəmirdim onları çətin vəziyyətdə qoyum. Möcüzəylə sağ qaldım. Vətəni işğaldan azad etmək, ard-arda qələbələrimiz bizə güc verirdi”. 4 qəlpə yarası alan Fizuli iki dəfə əməliyat olunub. Hazırda xəstəxanada müalicəsi davam edir. Tezliklə sağalmasını arzu edirik.