İctimai elmlər və multikultralizm kafedrasının baş müəllimi Mətanət Mustafayevanın "Türk mifik bədii təfəkküründə hökümdar kultu" mövzusunda universitet səviyyəsində elmi - praktiki seminarı keçirilib. Onlayn tədbirə universitetin professor - müəllim heyəti qatılıb. Mövzunu səsləndirən Mətanət Mustafayevanın nümayiş etdirdiyi slaydlar dinləyicilərin marağına səbəb olub. Sonda natiqə mövzu ilə bağlı suallar verilib, diskusiya aparılıb və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edilib.