Azərbaycan Texnologiya Universitetinin tələbəsi Abdurrahim Camalzadə Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutu (MIT) tərəfindən yaradılan və 140 milyondan çox istifadəçisi olan “Open edX” platformasında kritik təhlükəsizlik boşluğu aşkarlayıb.
Aşkarlanan zəiflik CVE-2026-53636 kodu ilə beynəlxalq reyestrdə qeydə alınıb, “GitHub Security Advisory” bazasında təsdiqlənərək aradan qaldırılıb. Tələbəmiz bu uğuruna görə beynəlxalq sistemdə “Reporter” statusu ilə tanınıb.
Bu nəticə universitetdə formalaşan innovasiya, rəqəmsal, yaradıcı və texnoloji mühitin real göstəricilərindən biri olmaqla ATU ailəsi üçün sevindirici və qürurverici uğurdur. Tələbəmizi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!