Azərbaycan Texnologiya Universitetində gənc nəsli gələcəyin texnologiyaları ilə tanış etmək və onlara yeni bacarıqlar qazandırmaq məqsədilə maraqlı bir təlim baş tutub. "Süni intellekt alətləri və tədrisdə innovativ yanaşma" mövzusunda keçirilən təlimdə təlimçi qismində meynəlxalq sertifikatlı təlimçi(Google Certificate), ATU İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev çıxış edib. Təlim zamanı tələbələr aşağıdakı mövzularla tanış olublar:

-ChatGPT, Canva AI, Quillbot və digər süni intellekt alətləri

-İnnovativ tədris metodları və fərdi öyrənmə yanaşmaları

-Rəqəmsal dərs planlarının hazırlanması

-Gələcəkdə təhsilin necə dəyişəcəyinə dair maraqlı müzakirələr

Təlim interaktiv şəkildə, sual-cavab və praktiki nümunələrlə keçirilib. Gənclər süni intellekt alətlərini necə tətbiq edə biləcəklərini real nümunələr üzərindən öyrəniblər.

Qeyd edək ki, bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə əlaqəlidir. Elmi vebinarlar tədqiqatçıların beynəlxalq standartlara uyğun bilik və bacarıqlar əldə etməsinə şərait yaradır. Süni intellekt əsaslı yanaşmaların öyrənilməsi elmi məhsuldarlığın artırılmasına kömək edir. Bu isə qlobal elmi inteqrasiyanı gücləndirir.