11 aprel tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Texnologiya Universitetində elm və ali təhsil ictimaiyyətinə açıq info-sessiya keçiriləcək. Bu sessiya elmi fəaliyyətlə məşğul olan şəxslərə tədqiqat zamanı süni intellektin imkanlarından istifadə üçün faydalı alət və yanaşmalarla tanışlıq imkanı yaradacaq.

İnfo-sessiyada Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin əməkdaşı Nərminə Abdullayeva “Scopus” elmmetrik bazasından səmərəli istifadə və “Scopus AI” süni intellekt alətinin imkanları ilə bağlı təqdimatla çıxış edəcək. Sessiyada aşağıdakı mövzulara toxunulacaq:

•⁠ ⁠Əhatəli ədəbiyyat və kvartillər üzrə jurnal axtarışı strategiyaları

•⁠ ⁠Tədqiqat trendləri, istinadlar, qurum və müəllif profilləri və tədqiqat təsirlərinin təhlili

•⁠ ⁠Süni intellekt aləti vasitəsilə tədqiqat prosesinin sürətləndirilməsi və vaxta qənaət

•⁠ ⁠Etibarlı və aktuallığı təsdiqlənmiş mənbələrə əsaslanaraq tədqiqat keyfiyyətinin artırılması

Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə əlaqələndirilir. Süni intellekt alətlərinin elmi tədqiqatlara tətbiqi akademik məhsuldarlığın artmasına imkan yaradır. Tədqiqat proseslərinin optimallaşdırılması və məlumatlara çıxışın asanlaşması elmi fəaliyyətin keyfiyyətini yüksəldir. Bu isə innovativ tədqiqat mühitinin formalaşmasına töhfə verir.

Gəncə şəhəri və ətraf ərazilərdən olan elm və təhsil ictimaiyyətinin nümayəndələri info-sessiyada iştirak üçün qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/vWQZzCxXQVQDh6Hm6

Tarix: 11.04.2025-ci il, saat 11:00

Məkan: Gəncə şəhəri, Azərbaycan Texnologiya Universiteti, Akt zalı