Toyota “Sıfırın Ötəsində” Aksiyası çərçivəsində Azərbaycan Texnologiya Universiteti və Toyota Gəncə Mərkəzi arasında əməkdaşlıq görüşü keçirilib.
Görüşdə “Toyota Gəncə Mərkəzindən” HR Meneceri Fuad Verdiyev, Marketinq üzrə mütəxəssis Leyla Rzayeva, Satış üzrə mütəxəssis Ramil İbrahimov, Müştərilərlə əlaqələr üzrə mütəxəssis Nigar Cəfərova və ATU-dan “Ətraf mühitin mühafizəsi və ekologiya kafedrasının” müdiri prof. Elşad Məmmədov, Təcrübə-karyera üzrə mütəxəssis Vüsal Bayramov, İnnovasiya Mərkəzinin mütəxəssisi Aqşin Hüseynov, Dizayn klubunun rəhbəri Mobil Qarayev, Maşın mühəndisliyi və logistika kafdrasının müəllimi Turxan Məmmədyarov və tələbələr iştirak ediblər.
Toyotanın qlobal aksiyalarından biri olan “Sıfırın Ötəsində” aksiyası çərçivəsində ətraf mühitin qorunması və daha sağlam gələcək üçün həyata keçirilən müxtəlif fəaliyyətlər haqqında professor-müəllim heyəti və tələbələrə məlumat verilib.
Əməkdaşlığın məqsədi, gənclərə ətraf mühitin qorunması və davamlı inkişaf mövzusunda maarifləndirici təlimlər təqdim etmək, eləcə də Toyotanın qlobal təşəbbüsünün mahiyyətini daha geniş auditoriyaya çatdırmaqdan eləcə də gələcəkdə sonuncu kurs tələbələrin “Toyota Gəncə Mərkəzində” təcrübə keçməsi istiqamətində əməkdaşlıq etməkdən ibarətdir.
Qarışılıqlı müzakirə əsasında tərəflər arasında birgə görüləcək işlər, layihələr üzrə fikir mübadiləsi aparılmış və əməkdaşlıq üçün istiqamətlər müəyyən edilmişdir. Əməkdaşlığın növbəti mərhələsində mövcud layihələrin “Toyota Gəncə Mərkəzinə” təqdim edilməsi, “Ekologiya” və “Dizayn” ixtisasında təhsil alan tələbələrin Mərkəzə ekskursiyası təşkil ediləcək.
Görüşdən sonra Toyota Gəncə Mərkəzinin əməkdaşları ATU-nun “İnnovasiya Mərkəzi” və Dizayn klubunun fəaliyyəti ilə tanış olub və bu istiqamətlər üzrə görüləcək işlərlə bağlı razılıq əldə edimişdir.
Sonda görüşdə iştirak edən tələbələrə Toyota Gəncə Mərkəzi tərəfindən hədiyyələr təqdim edildi.
Bu təşəbbüs SDG 13 (İqlim dəyişikliklərinə qarşı mübarizə) və SDG 12 (Məsuliyyətli istehsal və istehlak) ilə yanaşı SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) məqsədləri ilə də uyğunluq təşkil edir. Ekoloji maarifləndirmə və sənaye əməkdaşlığının birləşdirilməsi tələbələrə davamlı inkişaf prinsiplərini praktik müstəvidə öyrənmək imkanı yaradır. Korporativ və akademik tərəfdaşlıq modeli biliklərin tətbiqini daha effektiv edir. Bu isə yaşıl inkişaf yanaşmalarının genişlənməsinə şərait yaradır.