Azərbaycan Texnologiya Universitetində "Təlimdən Karyeraya 2" layihəsinin məlumatlandırma günü keçirilib.
27.02.2025-ci il tarixində Azərbaycan Texnologiya Universitetində "Synergia Academy" və "Tabia Group"un birgə təşkil etdiyi "Təlimdən Karyeraya - 2" layihəsinin məlumatlandırma günü keçirildi. Tədbirdə layihənin məqsədləri, iştirakçılara təqdim olunan imkanlar və seçim prosesi haqqında geniş məlumat verilib.
Layihə 18-30 yaş aralığında olan orta ixtisas və ya ali təhsilli şəxslərə yönəlib. 3-6 ay davam edəcək təlim proqramı müxtəlif mərhələlərdən ibarətdir və iştirakçıların bilikləri imtahanlarla qiymətləndiriləcək. Proqramı uğurla tamamlayan iştirakçılar "Tabia Group"un hotellərində iş imkanı əldə edəcəklər.
Tədbirdə çıxış edən nümayəndələr layihənin nəzəri və praktiki bilikləri birləşdirməklə gənclərin karyera inkişafına töhfə verdiyini vurğuladılar. "Tabia Group"un əməkdaşı şirkətin hotelçilik sahəsində iş imkanları və peşəkar kadrların inkişafına verdiyi dəstək barədə məlumat verib.
Layihəyə qoşulmaq üçün CV-lərinizi hr@synergia.az ünvanına göndərə və ya https://shorturl.at/pAwmt linki vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.
Layihə gənclərin əmək bazarına inteqrasiyasını dəstəkləyərək onların praktiki bacarıqlar qazanmasına şərait yaradır.
Bu təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən SDG 4 (Keyfiyyətli təhsil) və SDG 8 (Layiqli iş və iqtisadi artım) istiqamətləri ilə birbaşa səsləşir. Təlim proqramının strukturunda nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılması iştirakçıların peşəkar kompetensiyalarının formalaşmasına imkan yaradır. Layihə çərçivəsində real iş mühiti ilə tanışlıq gənclərin əmək bazarına adaptasiyasını sürətləndirir. Bu yanaşma uzunmüddətli məşğulluq imkanlarının genişlənməsinə və insan kapitalının keyfiyyətcə inkişafına xidmət edir.