Azərbaycan Texnologiya Universitetinin 2024/2025-ci tədris ilin yaz semestrində İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm ixtisaslarında bakalavriat səviyyəsində əyani təhsil alan 4-cü kurs tələbələrinin 17.02.2025-ci il tarixindən etibarən "Gold Naftalan" hotelində təcrübəsi davam edir.
Bu təşəbbüs SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 4 (Keyfiyyətli təhsil) məqsədlərinə uyğun olaraq turizm sektorunda praktik biliklərin inkişafına xidmət edir. Tələbələr real iş mühitində peşəkar bacarıqlar əldə edirlər. Bu isə onların gələcək karyera imkanlarını genişləndirir.