Böyük Qayıdış Gənclər təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin dəstəyi ilə 32 regionun gəncləri üçün keçirilən düşərgədə Azərbaycan Texnologiya Universitetinin İnnovasiyalar mərkəzinin direktoru Şamo Salayev tərəfindən “İnformasiya təhlükəsizliyi və gənclərin internetdən təhlükəsiz istifadəsi" mövzusunda seminar keçirilib. Seminar zamanı iştirakçılar informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, eləcə də sosial şəbəkələrdən düzgün istifadə qaydaları haqqında ətraflı məlumatlar əldə ediblər.

Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil)  və SDG 16 (Sülh, ədalət və güclü institutlar) məqsədlərinə uyğun olaraq rəqəmsal savadlılığın və təhlükəsizliyin artırılmasına xidmət edir. Gənclərin məlumatların qorunması sahəsində biliklərinin artırılması daha təhlükəsiz rəqəmsal mühit yaradır. Bu isə məsuliyyətli və məlumatlı cəmiyyətin formalaşmasına töhfə verir.