Yüngül Sənaye Mühəndisliyi və Logistika fakültəsində yaz semestrinə hazırlıq, sonuncu kursların təcrübəsinin təşkili və digər məsələlərlə əlaqədar müəllimlərlə görüş keçirilib.
12.02.2025-ci il tarixdə yaz semestrinə hazırlıq, ötən semestrdə qarşıya çıxan problemlər, onların qarşısının alınması, tədrisin təşkili, sonuncu kurs bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin istehsalat təcrübəsinin başlanması ilə əlaqədar Yüngül Sənaye Mühəndisliyi və Logistika fakültəsinin professor-müəllim heyəti ilə görüş keçirilib.
Görüşdə fakültə dekanı, kafedra müdirləri, Magistratura və doktorantura şöbəsinin müdiri, Təcrübə və karyera sektorunun təcrübə-karyera üzrə mütəxəssisinin çıxışları dinlənib, müəllim heyətinin sualları cavablandırılıb.
Sonuncu kurs bakalavrların təcrübə keçəcəyi müəssisələr mənim tərəfimdən təcrübə rəhbərlərinə elan edildi. Bundan əlavə təcrübənin qiymətləndirilməsi sistemində yeni qaydaları müəllimlərin nəzərinə çatdırdım.
Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 8 (Layiqli iş və iqtisadi artım) məqsədlərinə uyğun olaraq tədrisin keyfiyyətinin artırılmasına və tələbələrin praktik hazırlığının gücləndirilməsinə xidmət edir. Təcrübə prosesinin təkmilləşdirilməsi əmək bazarına daha hazırlıqlı məzunların çıxmasına şərait yaradır. Bu isə iqtisadi inkişaf üçün vacib insan kapitalının formalaşmasına töhfə verir.