Azərbaycan Texnologiya Universitetinin 55 illik yubileyi ilə bağlı Tədbirlər planı hazırlanaraq universitet rəhbərliyi tərəfindən təsdiq edilib.
Tədbirlər planına əsasən müxtəlif beynəlxalq elmi konfransların, forumların, müsabiqələrin, fləşmobların, rəsm və kitab sərgilərinin, idman yarışlarının və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 11 (Dayanıqlı şəhərlər və icmalar) məqsədlərinə uyğun olaraq elm, mədəniyyət və ictimai fəaliyyətlərin inkişafını təşviq edir. Planlaşdırılan tədbirlər universitetin sosial və akademik mühitini gücləndirir. Bu isə dayanıqlı və inklüziv universitet icmasının formalaşmasına töhfə verir.