Qida mühəndisliyi fakültəsi, Ətraf mühitin mühafizəsi kafedrasının bir qrup əməkdaşı Fransada keçirilmiş "2. International Multidisciplinary Ecology and Environmental Studies Congress" (February 5-9, 2025 -Paris) konfransında onlayn şəkildə iştirak ediblər.

10 ölkədən qatılan iştirakçılar 5-9 fevral tarixlərində çıxış ediblər. Daha sonra mövzuya dair suallar verilib.

Konfransın sonunda çıxışçılara sertifikatlar göndərilib.

Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil), SDG 13 (İqlim dəyişikliyi ilə mübarizə) və SDG 17 (Tərəfdaşlıqlar) məqsədlərinə uyğun olaraq beynəlxalq elmi bilik mübadiləsini təşviq edir. Ekologiya sahəsində aparılan müzakirələr ətraf mühitin qorunmasına yönəlmiş innovativ yanaşmaların inkişafına töhfə verir. Eyni zamanda, müxtəlif ölkələrdən alimlərin iştirakı qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.