Azərbaycan Texnologiya Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Kino Klubunda qarşıdan gələn Yeni il münasibəti ilə məşhur “Evdə Tək” filminin nümayişi keçirilib.
Nümayiş zamanı tələbələr klassik komediya janrının ən sevilən nümunələrindən biri ilə tanış olublar. Filmin maraqlı süjeti və yumoristik səhnələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Balaca Kevin obrazı vasitəsilə təqdim olunan hadisələr tələbələrdə həm əyləncəli, həm də düşündürücü anlar yaşadıb.
Tədbir tələbələrin asudə vaxtının səmərəli təşkili, mədəni-estetik zövqlərinin inkişafı və birgə sosial fəaliyyətlərə cəlb olunması baxımından əhəmiyyətli olub. Kino klubunun bu kimi fəaliyyətləri tələbə mühitində ünsiyyətin genişlənməsinə və mədəni tədbirlərə marağın artırılmasına xidmət edir.