Dosent Şahin Quliyev Azərbaycan Texnologiya Universitetinin Maşın mühəndisliyi və logistika kafedrasının müdiri vəzifəsinə seçilib.
Şahin Məmməd oğlu Quliyev 1976-cı ildə Ukrayna Respublikasının Xarkov İnşaat Mühəndisliyi İnstitutunun məzunu olub. 1979-cu ildə həmin institutun aspirantura səviyyəsini bitirib. 1981-ci ildə Xarkov Aviasiya İnstitutunda elmlər namizədi dissertasiyasını müdafiə edib. 1981-ci ildən Azərbaycan Texnologiya Universitetində fəaliyyətə başlayıb. Müxtəlif dövrlərdə assistent (1981-1992), baş müəllim (1992/93), dosent (1993/2023), Tədris şöbəsinin müdiri (2014/15), Keyfiyyət mühəndisliyi kafedrasının müdiri (2016/2018) vəzifələrində çalışıb. 2025-ci ilin yanvarından Maşın mühəndisliyi və logistika kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edib.
Müxtəlif dövrlərdə Kəpəz rayon bələdiyyəsinin üzvü, hüquq və beynəlxalq əlaqələr daimi komissiyasının sədri seçilib.
1 patentin, 70-dən çox elmi əsərin müəllifidir.