Azərbaycan Texnologiya Universitetinin tanıtım günlərinə start verilib. Tanıtım günləri çərçivəsində Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin nəzdində fəaliyyət göstərən Yüngül sənaye mühəndisliyi və dizayn, Maşın mühəndisliyi və logistika, eləcə də Kimya və metallurgiya mühəndisliyi kafedralarının əməkdaşları Qazax və Şəmkir rayonlarında abituriyentlərlə görüş keçiriblər.

Görüş zamanı kafedraların əməkdaşları əmək bazarındakı perspektivlər, Texnologiya Universitetinin kampusu, tədris olunan ixtisaslar, müsabiqə və keçid balları, təqaüd və təcrübə proqramları, o cümlədən universitetin maddi-texniki bazası və tələbələrə yaradılan şərait barədə ətraflı məlumat veriblər.