Azərbaycan Texnologiya Universitetinin (ATU) İqtisadiyyat və idarəetmə fakültəsinin nəzdində fəaliyyət göstərən İdarəetmə, İqtisadiyyat, Turizm sənayesinin təşkili, Xarici dillər, İctimai elmlər və multikulturalizm kafedralarının əməkdaşları region məktəblərində yuxarı sinif şagirləri ilə görüşlər keçiriblər.

 Görüşdə əməkdaşlar şagirdlərlə əmək bazarının tələbləri, aktual ixtisaslar barədə söhbət edib, ATU-nun masir auditoriya və laboratoriyaları, startap ekosistemi, yaşıl kampusu, özünüinkişaf klubları, idman zalı ilə bağlı geniş təqdimatlarla çıxış edib, tədris olunan ixtisaslar, qəbul imkanları, təqaüd və təcrübə proqramları, tələbələr üçün yaradılan münbit şərait barədə ətraflı məlumat veriblər. Görüş zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb, ixtisas seçimində dəstək ola biləcək çap materialları təqdim olunub, daha yaxından tanışlıq üçün valideynləri ilə birgə ATU-ya dəvət ediliblər.