Azərbaycan Texnologiya Universitetinin (ATU) Avtomatika, telekommunikasiya və informatika fakültənin nəzdində fəaliyyət göstərən Avtomatika və informasiya texnologiyaları, Kompüter mühəndisliyi və telekommunikasiya, Ümumi və tətbiqi riyaziyyat, Ümumi və tətbiqi fizika kafedralarının əməkdaşları məktəblilərlə görüşlər keçirirlər.
Gəncə şəhəri və ətraf rayonların orta məktəblərində baş tutan görüşlərdə əmək bazarındakı perspektivlər, ATU kampusu, tədris olunan ixtisaslar, müsabiqə və keçid balları, təqaüd və təcrübə proqramları, o cümlədən universitetin maddi-texniki bazası və tələbələrə yaradılan şərait barədə ətraflı məlumat verilir, şagirdlərin ünvanladığı suallar cavablandırılır. Tanıtım kampaniyası davam edir.