Azərbaycan Texnologiya Universitetinin (ATU) tanıtım kampaniyası çərçivəsində Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin nəzdində fəaliyyət göstərən Yüngül sənaye mühəndisliyi və dizayn, Maşın mühəndisliyi və logistika, eləcə də Kimya və metallurgiya mühəndisliyi kafedralarının əməkdaşları tanıtım kampaniyası çərçivəsində Gəncə şəhəri və ətraf rayon məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşüblər.

Gəncə, Mingəçevir, Göyçay, Goranboy, Göygöl, Şəmkir, Tovuz kimi şəhər və rayonlarda, kənd məktəblərində, eləcə də ATU-da baş tutan təqdimatlarda kafedraların əməkdaşları əmək bazarındakı perspektivlər, ATU kampusu, tədris olunan ixtisaslar, müsabiqə və keçid balları, təqaüd və təcrübə proqramları, o cümlədən universitetin maddi-texniki bazası və tələbələrə yaradılan şərait barədə ətraflı məlumat verib, şagirdlərin ünvanladığı sualları cavablandırıblar.