Azərbaycan Texnologiya Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “15 İyun Milli Qurtuluş Günü”nə həsr edilmiş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Milli Qurtuluş Gününə həsr edilmiş çarx nümayiş etdirilib.
Tədbirdə ATU-nun rektoru dos. Yaşar Ömərov açılış nitqi ilə çıxış edib. Bildirib ki, demokratik dəyərlərə və prinsiplərə uyğun ilk milli Konstitusiya Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilib və bununla da Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin təməli qoyulub. Rektor qeyd edib ki, Konstitusiyamız müasir və müstəqil Azərbaycanın Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bugünkü yüksək və dinamik inkişaf səviyyəsinə çatmasını, Zəfər və nailiyyətlərə imza atmasını təmin edib.
Tədbirdə həmçinin, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə şəhər prokuroru Rauf Gözəlov, Gəncə Şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev çıxış edib, müstəqil Azərbaycanın inkişaf yolundan, Milli Qurtuluş Gününün tarixindən, suverenliyin bərpa edilməsindən, bu yolda Ulu Öndər Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərindən bəhs ediblər.
Bu tədbir SDG 16 (Sülh, ədalət və güclü institutlar) ilə əlaqəlidir. Dövlətçilik, konstitusiya və suverenlik mövzularının gənclərə aşılanması hüquqi şüurun və vətəndaş məsuliyyətinin formalaşmasına xidmət edir. Tarixi-siyasi yaddaşın qorunması ictimai həmrəyliyin və milli dəyərlərə bağlılığın güclənməsinə şərait yaradır. Bu cür tədbirlər sabit, hüquqi və institusional baxımdan dayanıqlı cəmiyyət modelini dəstəkləyir.