Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın yeni tərkibdə ilk iclası keçirilib. Universitetin rektoru, elmi şura sədri Yaşar Ömərov yetərsayı nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda Tədri̇si̇n təşki̇li̇ və İdarə edi̇lməsi̇ şöbəsinin müdiri Cəsarət Şabanov buraxılış işlərinin, magistr dissertasiyalarının yerinə yetirilməsinin və dövlət imtahanlarına hazırlığın, eləcə də qəbul planının vəziyyəti barədə məruzə ilə çıxış edib.
Daha sonra İdarəetmə kafedrasının müdiri Fizuli Məmmədovun, İqtisadiyyat kafedrasının müdiri Natiq Cavadovun hesabatları dinlənilib.
Elmi Şurada Rektor təqaüdünün məbləğinin artırılması, yeni ixtisasların açılması ilə bağlı işçi qrupunun yaradılması, tədris metodiki vəsaitlərin təsdiqi kimi məsələlərə baxılıb, əməkdaşlardan Minurə Kərimovanın dosent elmi adı alması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması ilə bağlı səsvermə keçirilib.
İclas çərçivəsində Maşın mühəndisliyi və logistika kafedrasının dosenti Şahin Quliyev 70 illik yubileyi, İdarəetmə kafedrasının əməkdaşı Gülgün Abdıyevaya fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsi münasibəti ilə təltif edilib.