Azərbaycan Texnologiya Universitetində yay imtahan sessiyasına start verilib. Universitetin rektoru Yaşar Ömərov imtahan prosesini izləyib, tələbələrlə yerində görüşərək onların fikirlərini öyrənib, müvafiq tövsiyələr verərək imtahanda uğur və müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, 3 iyul 2025-ci il tarixinədək davam edəcək sessiya müddətində imtahanlar test və yazılı qaydada keçirilir.

Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq imtahanların şəffaf və obyektiv keçirilməsi üçün İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib.

Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) ilə birbaşa bağlıdır. İmtahanların şəffaf, obyektiv və tələbəyönümlü şəkildə təşkili təhsil keyfiyyətinin mühüm göstəricilərindən biridir. Apellyasiya mexanizmləri və müraciət imkanlarının yaradılması akademik etimadı möhkəmləndirir və tələbə hüquqlarının qorunmasına xidmət edir. Bu yanaşma ali təhsil müəssisəsində məsuliyyətli idarəetmə və ədalətli qiymətləndirmə mühitini gücləndirir.