Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov Özbəkistanda keçirilən Birinci Rektorlar Forumunda iştirak edib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin birgə təşkilatçılığı keçirilən forum Əndican şəhərində baş tutub. Tədbirdə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev və Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin müavini Şaxrux Daliyev açılış nitqi ilə çıxış edərək iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsindən bəhs ediblər.
Forum çərçivəsində ATU rektoru Yaşar Ömərov Ömərov “Universitet–sənaye əməkdaşlığı, region universitetlərin baxışı və rolu” mövzusu ilə çıxış edərək ATU-nun sənaye əlaqələri təcrübəsini bölüşüb. ATU təcrübəsi forum iştirakçılarının marağına səbəb olub.
İki gün davam edən forumda 17 Azərbaycan universitetinin, eləcə də Özbəkistanın aparıcı ali təhsil müəssisələrinin rektorları iştirak edib. Sessiyalar zamanı ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və beynəlxalq reytinqlərdə irəliləyiş kimi mövzular müzakirə olunub.