Azərbaycan Texnologiya Universiteti ilə Özbəkistanın Fərqanə Dövlət Universiteti, Əndican Dövlət Universiteti və Namanqan Dövlət Texniki Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb.

Müqavilələrə  Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Fərqanə Dövlət Universiteti, Əndican Dövlət Universiteti və Namanqan Dövlət Texniki Universitetinin rektorları tərəfindən Azərbaycan–Özbəkistan Birinci Rektorlar Forumu çərçivəsində imza atılıb.

İmzalanmış müqavilələr ali təhsil müəssisələri arasında elmi və akademik əlaqələrin genişləndirilməsini, birgə tədqiqat layihələrinin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsini, ortaq təlim proqramlarının hazırlanmasını, innovasiya və texnologiya sahəsində əməkdaşlığın qurulmasını nəzərdə tutur.

Bu fəaliyyət SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar), SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə bağlıdır. Müqavilələrin elmi layihələr, müəllim-tələbə mübadiləsi və ortaq təlim proqramlarını əhatə etməsi universitetlərarası əməkdaşlığın uzunmüddətli və çoxşaxəli xarakter daşıdığını göstərir. Belə tərəfdaşlıqlar bilik transferini, ortaq innovasiya mühitini və beynəlxalq akademik inteqrasiyanı gücləndirir. Bu isə ali təhsildə keyfiyyətin və rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.