Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələrinin istehsalat təcrübəsi davam edir.

2024/2025-ci tədris ilinin yaz semestrində ATU-nun 260 tələbəsi istehsalat təcrübəsinə cəlb olunub. 

Hazırda tələbələrimiz 1 saylı Gəncə “Asan xidmət” Mərkəzi, Azərbaycan Dəmir Yolları QSC-nin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional bölmələri, Azəralüminium Zavodu, Gəncə Tekstil fabriki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ekoloji Park Kompleksi, Regional Turizm İdarəsi, Telekommunikasiya İdarələri, qabaqcıl bankların filialları, tanınmış otellər olmaqla ümumilikdə 19 müəssisədə istehsalat təcrübəsi keçir. 17 fevral tarixindən start verilmiş istehsalat təcrübəsi müvafiq olaraq may və iyun aylarının sonunadək davam edəcəkdir.

Qeyd edək ki, tələbələrin istehsalat təcrübəsi dövrünün səmərəli və effektiv təşkili üçün universitet müasir tələblərə cavab verən müəssisələrlə daim yeni əlaqələr qurur, əməkdaşlıq imkanlarını genişləndirir.

Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 8 (Layiqli iş və iqtisadi artım) ilə əlaqələndirilir. Tələbələrin müxtəlif müəssisələrdə təcrübə keçməsi onların nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirir. Bu proses əmək bazarına daha hazırlıqlı daxil olmalarını təmin edir. Eyni zamanda işəgötürənlərlə əlaqələrin genişlənməsi gələcək məşğulluq imkanlarını artırır.