Azərbaycan Texnologiya Universiteti (ATU) magistr və doktorantlar üçün elmi-tədqiqat bacarıqlarını inkişaf etdirməyə yönəlmiş növbəti vebinar təşkil edib. 

Harvard Universitetinin tədqiqatçısı Elvin Nəsibovun iştirakı ilə baş tutan vebinarın mövzusu “Tədqiqat işinin əsasları və onun aparılması metodları”na həsr edilib.

Harvard tədqiqatçısı seminarda tədqiqat işinin planlaşdırılması, metodologiya seçimi, elmi yazı qaydaları və s. kimi mühüm məsələlər ətrafında çıxış edib, magistr və doktorantların interaktiv şəkildə ünvanladığı sualları cavablandırıb.

Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil)  və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) məqsədlərinə uyğun olaraq elmi-tədqiqat bacarıqlarının inkişafını gücləndirir. Beynəlxalq ekspertin iştirakı bilik transferini artırır. Bu isə akademik keyfiyyətin yüksəlməsinə xidmət edir.