Azərbaycan Texnologiya Universitetində tyutor hazırlığı kursunu müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə sertifikatlar təqdim edilib.
Azərbaycan Texnologiya Universitetinin ümumi işlər üzrə prorektoru Rauf Bağırov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, elmi işlər üzrə prorektor v.m.i.e, elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidov, Tədri̇si̇n təşki̇li̇ və İdarə edi̇lməsi̇ şöbəsinin müdiri Cəsarət Şabanov kursu uğurla bitirənlərə rektor Yaşar Ömərovun təbrikini çatdırıb, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.
Daha sonra rəhbər heyət tərəfindən akademik məsləhətçi statusu qazananlara müvafiq sertifikatlar təqdim edilib. 4 müdavim I dərəcəli, 6 nəfər II dərəcəli, 4 dinləyici isə III dərəcəli sertifikata layiq görülüb.
Qeyd edək ki, tyutor hazırlığı kursu 2024-cü ilin 15 oktyabr tarixindən başlayaraq 3 ay davam edib. Kursa təkmilləşdirmə məqsədilə fakültələr üzrə fəaliyyət göstərən tyutorlar da cəlb edilib.