Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib.

Universitetin rektoru, Elmi Şura sədri dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda Maşın mühəndisliyi və logistika, Yüngül sənaye mühəndisliyi və dizayn, Kimya və metallurgiya mühəndisliyi kafedralarının və Tələbə Gənclər Təşkilatının hesabatı dinlənilib, tədris vəsaitləri təsdiq edilib. 

Sonda universitetin professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin nəticələri elan edilib. Nəticələrə əsasən prof.Əhəd Nəbiyev "İlin alimi", Qida mühəndisliyi və ekspertiza kafedrası "İlin kafedrası", Qida mühəndisliyi fakültəsi "İlin fakültəsi" nominasiyası üzrə təltif edilib.

Bundan başqa Qida mühəndisliyi və ekspertiza kafedrasının dosenti Mərdan Tağıyev yubileyi münasibətilə təltif olunub.