Azərbaycan Texnologiya Universitetində qış imtahan sessiyasına hazırlıq və digər məsələlərlə bağlı iclas keçirilib. İclasda akademik və inzibati rəhbər heyət iştirak edib.

İclasda rektor Yaşar Ömərov Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən universitetdə İmtahan Qərargahı və Apellyasiya Komissiyasının  yaradıldığını bildirib, imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün fakültə rəhbərlərinə və kafedra müdirlərinə müvafiq tapşırıqlar verib.

İclasda həmçinin imtahan zallarının, kompyuter otaqlarının, müşahidə kameralarının tam hazır vəziyyətə gətirilməsi, universitetdə ümumilikdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və s. məsələlərlə bağlı tapşırıqlar verilib.

Daha sonra ATU-nun Strateji İnkişaf Planının 2024-cü il üzrə icrası müzakirə edilib. Bu çərçivədə görülən işlər diqqətə çatdırılıb, növbəti hədəflər ətrafında fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər müzakirə edilib.