Azərbaycan Texnologiya Universiteti (ATU), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və "AzGranata"nın birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “II Qida sənayesi və Qida təhlükəsizliyi forumu”nun I paneli ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı dos.Mehman İsmayılovun moderatorluğu ilə baş tutub.
Qida təhlükəsizliyi adlı bu bölmənin spikerləri - AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsinin rəis müavini Firdovsi Ələkbərov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin dekanı, dosent Şəlalə Zeynalova və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Türksoyun nəzdində türk dünyası mətbəx kültürü, elmi və sənəti birliyinin prezidenti Tahir Əmiraslanov qida təhlükəsizliyinin aktual məsələlərini müzakirə edərək bəyanat hazırlayıblar.
AQTİ-nin Xidmətlərin təşkili departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri Maşallah Tağıyevin moderatorluğu ilə baş tutan Qida sənayesi adlı ll paneldə isə spikerlər - ADA Universitetinin dosenti Asəf Ömərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin professoru, “Azər Konyak” MMC-nin məsləhətçi texnoloqu Vüqar Mikayılov, Azərbaycan Standartlaşdırma İnstitutunun Aqrar və Qida sənayesinin standartlaşdırılması şöbəsinin müdiri Bayram Əliyev, AZGRANATA şirkətinin əməliyyat direktoru Yusif Ləzgiyev və "Caspian Coast" MMC-nin Baş direktoru Fuad Mollayev qida sənayesinin aktual məsələləri ətrafında diskussiya aparıblar.