UTECA-nın tələbə və müəllimləri qanvermə aksiyasına qatılıblar. Mərkəzi Qan Bankının Gəncə bölməsində aksiyaiştirakçılarına bildirilib ki, 18-65 yaşlı, boyu 150 sm-dən, çəkisi isə 50kq-dan az olmayan hər bir şəxs qan verə bilər. Həkim hemotoloqlar Azərbaycan Texnologiya Universitetindən gələn donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər. Mərkəzdə qan verənlər üçün desert masası təşkil edilib. Aksiya hemofiliya və talassemiyadan əziyyətçəkən insanların qanla təminatı üçün nəzərdə tutulub. Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.