Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərovun "ATS Food" MMC-nin İnzibati İşlər və İnsan Resursları Departamentinin direktoru Rafiq Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Görüşdə rektor Y.Ömərov "ATS Food" şirkəti ilə qurulan əlaqələrin artıq real nəticələr verdiyini vurğulayaraq bundan sonrakı mərhələdə də uğurla davam edəcəyinə əminlik ifadə edib. "ATS Food" nümayəndələri mövcud əlaqələrin genişləndirilməsinə dair təkliflərini bildiriblər, eləcə də əməkdaşlığa dair qarşıda duran məsələlər, təqaüd yerlərinin artırılması, birgə tədbirlərin keçirilməsi və s. müzakirə edilib.
Qeyd edək ki, ATU ilə "ATS Food" şirkəti arasında 12 oktyabr 2023-cü il tarixində əməkdaşlıq müqaviləsi imzalanıb. Cari ilin yanvar ayında ATU tələbələri üçün "ATS Food" təqaüdləri təsis edilib, bundan başqa, "ATS Food" ATU-nun təşkil etdiyi bir çox tədbirlərdə tərəfdaş qismində çıxış edib.