Azərbaycan Texnologiya Universitetində “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ KA2 layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib.
Tədbir Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu, Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluğu ilə həyata keçirilən REFRESH layihəsinin İsveç səfərinə həsr edilib.
Görüşdə öncə layihə meneceri, tədris işləri üzrə prorektor Raqif Hüseynov REFRESH layihəsinin məqsədi, yerli və xarici tərəfdaşları, cari fəaliyyət planı barədə məlumat verib, daha sonra beynəlxalq ləyihələr üzrə mütəxəssis Ramidə Xəlilova cari ilin 10-14 iyun tarixlərində KTH Kral Texnologiya İnstitutunda baş tutan səfərin nəticələrini təqdim edib, əldə olunan təcrübələri bölüşüb, bərpa olunan enerji, virtual laboratoriyanın qurulması və onunla bağlı təşkil ediləcək təlimlər barədə ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.