Azərbaycan Texnologiya Universitetində (ATU) daha bir auditoriyanın əsaslı təmirdən sonra açılışı olub.
Yeni auditoriyanın açılış lentini ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərovla "Codelandia" Tədris Mərkəzinin rəhbəri Günel Cənnətova kəsiblər.
Əsaslı təmirdən sonra istifadəyə verilən auditoriya ikinci tədris korpusunda yerləşir. İki hissədən ibarət auditoriya təlimlərin keçirilməsi üçün nəzərdə tutulub və təlim-tədris standartlarına uyğun qurulub.
Auditoriya ATU-nun tərəfdaşlarından olan "Codelandia" şirkətinin dəstəyi ilə ərsəyə gəlib.
Qeyd edək ki, "Codelandia" Müasir Dizayn, Proqramlaşdırma və Tədqiqat Mərkəzi üzrə ixtisaslaşmış, müasir metodlarla rəqəmsal texnologiyaları əhatə edən təlim-tədris prosesini təcrübəli və ixtisaslı təlimçi heyəti ilə həyata keçirən şirkətdir.