Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2024/2025-ci tədris ili üzrə ilk iclası keçirilib.
Universitetin rektoru v.m.i.e., Elmi Şura sədri dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Sonra tədris işləri üzrə prorektor Raqif Hüseynov yay imtahan sessiyasının nəticələri barədə çıxış edib.
Daha sonra Tədris şöbəsinin müdiri Cəsarət Şabanov yay imtahan sessiyasının keçirilməsi zamanı baş vermiş və aşkarlanmış problemlərlə bağlı çıxış edib, strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimovun təqdimatında Apellyasiya Komissiyasının hesabatı dinlənilib.
Həmçinin, iclasda Rövşən Qasımov Avtomatika və informasiya texnologiyaları kafedrasının, Sakit Verdiyev Kompüter mühəndisliyi və telekommunikasiya kafedrasının hesabatı ilə çıxış edib, gündəlikdə olan digər məsələlərə baxılıb.
İclas çərçivəsində Magistratura və doktorantura şöbəsinin müdiri Eldəniz Bayramov 60 illik yubileyi münasibətilə təltif edilib.