Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2023/2024-cü tədris ili üzrə son iclası keçirilib.
Universitetin rektoru v.m.i.e., Elmi Şura sədri dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Sonra rektor v.m.i.e. dos. Yaşar Ömərov 2023/2024-cü tədris ilində ATU-nun fəaliyyəti və perspektiv inkişafına dair məruzə ilə çıxış edib.
Daha sonra Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri Hamlet Kəsəmənlinin hesabatı dinlənilib.
Elmi katib Sevda Qurbanova 2024/2025-ci tədris ilinin birinci yarımili üçün universitet Elmi Şurasının iş planını müzakirəyə təqdim edib.
Tədris işləri üzrə prorektor Raqif Hüseynov tədris metodiki vəsaitlərin təsdiqi ilə bağlı çıxış edib.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov Azərbaycan Texnologiya Universitetinin akademik, inzibati və tədris-köməkçi heyətinin etik davranış qaydaları, əməkdaşların zahiri görünüş normaları və geyim qaydalarını şura üvlərinin müzakirəsinə təqdim edib.
İclas çərçivəsində Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının baş müəllimi Hüsnü Kərimov 60 illik yubileyi, universitetin "Texnoloq" qəzetinin redaktoru Zirəddin Cavadov
70 illik yubileyi münasibətilə təltif edilib.