Azərbaycan Texnologiya Universitetinin professoru vəfat edib – NEKROLOQ "Gəncə təhsilinə ağır itki üz verib. Azərbaycan Texnologiya Universitetinin Maşın mühəndisliyi və logistika kafedrasının müdiri, texnika elmləri doktoru, professor Tofiq Bayram oğlu Qocayev 2020-ci il 1 mart tarixində, ömrünün 76-cı ilində vəfat edib. Tofiq Qocayev 1944-cü il 22 iyunda Tovuz rayonunun Qovlar şəhərində anadan olub. 1967-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitunun Mexanika fakultəsinin Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisasını bitirib. Həmin il təyinatla Azərbaycan SSR Nazirlər Soveti nəzdində olan “Azərkomplekt” idarəsində mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 1969/1970-ci illərdə ordu sıralarında nümunəvi xidmətinə görə “V.İ.Leninin anadan olmasının 100 illiyi” medqalı ilə təltif olunub. 1970-ci ildə müsabiqə yolu ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitunun Maşın hissələri kafedrasında assistent vəzifəsinə seçilib, 1973-cü ildə həmin institutun kirovabad filialına (indiki Azərbaycan Texnologiya Universiteti) köçürülüb. 1979-cu ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisliyi İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsinə, 1984 cü ildə isə dosent elmi adına layiq görülüb. 1989-cu ildə Tofiq Qocayevə professor elmi adı verilib. 1990-cı ildə Kiev Politexnik İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib və SSRİ Ali Attestasiya Komisiyası tərəfindən texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.Tofiq Qocayevin Azərbayan Texnologiya Universitetində böyük əməyi var. Belə ki, işlədiyi müddətdə assistent, baş müəllim, dossent, professor, kafedra müdiri, 8 il dekan kimi fəaliyyət göstərib. Tədris işləri üzrə prorektor fəaliyyətindən sonra 1987-1992 illərdə Azərbayan Texnologiya İnstitutunun (hazırki Azərbayan Texnologiya Universiteti) rektoru vəzifəsində çalışıb. Sovet dövründə Dəfələrlə Kəpəz rayon və Kirovabad şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib. 1992-ci ildə yüksək ixtisaslı mühəndis-mexanik və mühəndis-texnoloq kadrların hazırlanmasında xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Azərbaycan Dövlət Aqrar Universitetinin, eləcə də Azərbaycan Texniki Universitetinin müdafiə şuralarının üzvü olub. Tofiq Qocayevin Elmi kadrların hazırlanmasında böyük rolu olub. Belə ki, onun rəhbrliyi ilə 4 nəfər texnika elmləri doktoru adına layiq görülüb. Professor Tofiq Qocayevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır. Allah rəhmət eləsin!" Akif SüleymanovAdil TağıyevVüqar İsmayılovMətanət ƏhmədovaNazim VəliyevNüşabə HacıyevaAzər HüseynMərdan Tağıyev   524 dəfə oxunub